XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

17 Oktyabr 2016 - 15:50

Komitə dəyəri bir neçə milyon olan zavod və ASC-ləri satışa çıxardı –SİYAHI

emlak-komite

Əmlak Məsələləri Dövlət Komitəsi 73 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 15-də növbəti hərrac keçirəcək.

Strateq.az komitəyə istinadən xəbər verir ki, hərraca 25 səhmdar cəmiyyəti, 43 kiçik dövlət əmlakı və 5 nəqliyyat vasitəsi çıxarılacaq:

"Bunların arasında "İmişli Pambıq”, "Neftçala Pambıq”, "Sabirabad İnşaat Sənaye”, "Gəncə Sənaye Tikinti”, "Bərdə Mexaniki Təmir”, "Kürdəmir Quşçuluq”, "Oğuz Kəndkimya”, "Tərtər Konserv” və digər bu kimi müəssisələr də var".

Məlumata ggörə, hərraca çıxarılacaq 43 kiçik dövlət əmlakından 13-ü kiçik dövlət müəssisə və obyekti, 30-u Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir.

Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 6 dövlət əmlakı Bakının Nəsimi, Binəqədi, Nizami, Sabunçu, Xəzər rayonu və Sumqayıt şəhərində yerləşir.

Hərracda ən yüksək qiyməti olan dövlət əmlakı Bakının Nizami rayonunda yerləşən və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılmış Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. Belə ki, torpaq sahəsi 7869,1 kv.m və ümumi faydalı sahəsi 958,1 kv.m olan dövlət əmlakının ilkin satış qiyməti 2.658.500 manatdır. Start qiyməti yüksək olan digər dövlət əmlakları paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası və Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 750 min və 800 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb. Ən aşağı start qiymətinə (3 min manat) malik dövlət əmlakı isə Bakının Nərimanov rayonunda yerləşən və qeyri-yaşayış sahəsidir.