XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 16:32

Şahin Mustafayev:"Sahibkarların yoxlanılması 1000 dəfə azalıb"

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahibkarlıq fəaliyyətində 50 yoxlama keçirilib, halbuki ötən ilin doqquz ayı ərzində bu göstərici 50 min təşkil edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar yerli istehsalı dəstəkləmək, qeyri-neft ixracının təşviqi və sahibkarlığın inkişafı üçün çox mühüm addımlar atıb: "İlk növbədə qeyd etmək istəyirəm ki, aparılan iqtisadi islahatlar çərçivəsində sahibkarlıq fəaliyyətinin yoxlanılmasının 2 il dayandırılması, biznesin qurulması üçün lisenziyaların sayının azaldılması və çox mühüm addımlar atılıb".

Eyni zamanda, Ş. Mustafayev əlavə edib ki, yerli istehsalı dəstəkləmək üçün 84 malın idxalına spesifik gömrük rüsum dərəcələri tətbiq edilib.