XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 October 2016 - 16:59

Ərdəbil valisindən Azərbaycana təklif:"Hökumət bu enerjini alıb Naxçıvana göndərsin"

xudabexs

“İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün güclü siyasi iradə var”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İranın Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş deyib. O bildirib ki, iqtisadi əlaqələrin inkişafı hər iki ölkənin marağındadır: "Səfərimiz iqtisadi xarakter daşıyır. Burada ölkə başçısının qəbulunda olduq və iqtisadiyyat, fövqəladə hallar, kənd təsərrüfatı nazirləri ilə görüşdük. Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə görüşdük və qərarlaşdıq ki, icra başçısı Ərdəbilə gəlsin, iki şəhər arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalansın. Məqsədimiz Ərdəbil və Azərbaycanın əməkdaşlıq edərək üçüncü ölkəyə məhsul ixrac etməsidir. Bu barədə danışıqlar aparılır. Ərdəbildə yerin altından 270 dərəcə isti sular çıxır. O suyun buxarından enerji alınır. Biz təklif etdik ki, ya Azərbaycan hökuməti Bakı üçün bu enerjini alsın, ya da alıb Naxçıvana göndərsin”.

M. Xudabəxş deyib ki, görüşlərdə Azərbaycan tərəfinin viza rejimini aradan qaldırması da müzakirə olub.

Qeyd edək ki, Xudabəxş mətbuata bugünkü açıqlamasında İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi fikrini də bir daha qabardıb. O bildirib ki, Tehranın bu siyasəti heç vaxt dəyişməyib: “İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz də bu siyasəti dəstəkləyirik və istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun".