XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 18:11

Maliyyə sektorunda117 qurum ləğv edilib

Azərbaycanda maliyyə və sığorta sektorunda fəaliyyət göstərən müəssisə və təşkilatların sayı azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2016-cı il oktyabrın 1-nə onların sayı 1 545-ə enib. Maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəsisə və təşkilatların cəmi təsərrüfat subyeklərində xüsusi çəkisi 1,5% təşkil edib.

Kommersiya təşkilatlarının sayında da azalma müşahidə edilib. Oktyabrın 1-nə onların sayı 1 513 ədədə enib.

İlin əvvəli ilə müqayisədə müəssisə və təşkilatların sayında 2,9% azalma qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında maliyyə və sığoirta fəaliyyəti ilə məşğul olan 70 ədəd yeni müəssisə və təşkilat yaradılıb. 117 qurum isə ləğv edilib(fins.az).