XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

19 Mart 2015 - 05:58

Yunanıstan avrozonanı tərk edə bilər

“Valyuta birliyinin parçalanması bütün üzvlərə ziyan vuracaq”

Картинки по запросу еврокомиссар пьер московиси

Avropa komissiyası Yunanıstanın avrozonadan çıxmasını mümkün hesab edir, lakin anlayır ki, bu, valyuta birliyi üçün neqativ nəticələr doğurar.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, iqtisadi və maliyyə məsələləri üzrə Avropa komissarı Pyer Moskovisi deyib: “Avropa Komissiyasının Yunanıstanı nəyin bahasına olursa-olsun avrozonada saxlamağa cəhd etmir. Afinada avrozonanın tələb və normalarını yerinə yetirsələr, ölkə birlikdə qalacaq”.

Moskovisi qeyd edib ki, valyuta birliyinin parçalanması onun bütün üzvlərinə ziyan vuracaq, ən böyük zərər isə Almaniyaya dəyəcək.

Xatırladaq ki, Avropa qrupu fevralın 24-də Yunanıstanın islahat planını bəyənib və Afinaya maliyyə dəstəyi proqramının müddətini 2015-ci ilin iyununa qədər uzadıb. Bununla belə, Yunanıstan hökuməti Avropa Birliyi və BVF-nun maliyyə dəstəyi barədə danışıqlar aparmaq istəmir, çünki qənaət rejiminin tətbiq edilməsini tələb edir.

Avropa Mərkəzi Bankı bildirib ki, Yunanıstanın borcunun silinməsi və yaxud yenidən biçimlənməsində iştirak etməyəcək. AFR kansleri Merkel də borcun silinməsi imkanını istisna edib. Sorğuya görə, Almaniya sakinlərinin 48%-i Yunanıstanın avrozonanı tərk etməsi üçün səs veriblər.

Yunanıstanın kreditorlara ümumi borcu 320 milyard avrodur.