XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 Mart 2015 - 07:47

Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilə bilər

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin istefası özəlləşdirmə ilə əlaqəli ola bilər.

Strateq.az saytı xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib.

Ekspertin fikrincə, bank sektorunun ağrılı keçid dövrünə qədəm qoyduğu hazırkı şəraitdə bank aktivlərinin ümumi həcmində və kredit portfelində bazar payı 40 faizdən, depozitlərdə bazar payı 50 faizdən çox olan, eləcə də 1 milyona qədər müştəri ilə işləyən Beynəlxalq Bankın İdarə Heyəti sədrinin istefası bazarda riskləri bir az da artracaq.

Ekspert deyir ki, bundan daha çox itirən bankın səhmlərinin 49,8 faizinə sahib olan özəl səhmdarlar ola bilər: “Bankın səhmlərinin 50,2 faizi dövlətə məxsusdur və Maliyyə Nazirliyi tərəfindən idarə olunur. Hesab edirəm ki, Beynəlxalq Bank rəhbərinin hazırkı həssas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər”.

Q.İbadoğlunun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana müntəzəm səfər edən missiyası Beynəlxalq Bankın kapitalizasiyası planı ilə bağlı dəfələrlə ciddi narahatlıq ifadə edib və bankın kapitalizasiyası ilə paralel, ABB-da beynəlxalq praktikaya uyğun şəkildə restrukturizasiya aparmağı tövsiyə edib. Hazırkı istefa ilə bankın gələcəkdə özəlləşdiirlməyə açılması arasında əlaqə olması şübhə doğurmur.