XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

22 Oktyabr 2016 - 17:37

FES-in erkən faiz artımı dahaeffektiv olacaq

ABŞ-ın San-Fransisko ştatının Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Con Vilyams (John Williams) oktyabrın 21-də verdiyi açıqlamasında uçot dərəcəsinin ən qısa zamanda mərhələli şəkildə artırılmasının daha effektiv olacağını bildirib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, C.Vilyams ABŞ-da inflyasiyanın səviyyəsinin 2% həddinə yaxınlaşdığını və iqtisadi artımın yavaş da olsa dayanıqlı yüksəliş trendinə daxil olduğunu deyib. ABŞ-ın iqtisadi artım tempinin 1,5 – 1,75% diapazonunda qalacağını ehtimal edən FES-in San-Fransisko rəhbəri yaxın zamanlarda 3% iqtisadi artımın mümkün olmayacağını qeyd edib.

O vurğulayıb ki, ölkə iqtisadiyyatının uzunmüddətli inkişafı inflyasiya, əmlak qiymətlərində həddindən artıq şişmə, resessiya kimi problemlərə yol aça biləcəyindən mərhələli şəkildə uçot dərəcəsinin artırılması bu tip risklərin qarşısını alır.