XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2016 - 16:39

Küveyt 2017-də neftin qiyməti ilə bağlıproqnozunu açıqladı

Yaxın 15 ay ərzində neftin dünya qiymətləri bir barelə görə 50-60 dollar civarında dəyişəcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Küveytin maliyyə naziri və neft naziri vəzifələrinin icraçısı Ənəs əs-Saleh bildirib.

"Biz 60 dollar nəzərdə tuturuq, yəni növbəti 15 ay ərzində neftin qiyməti 50-60 dollar səviyyəsində qalacaq", – deyə nazir "Al-Rai" telekanalına müsahibəsində bildirib.

Əs-Saleh qeyd edib ki, qiymətlərin balanslaşdırılmasına həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab verəcək şəkildə səy göstəriləcək.