XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2016 - 17:51

Azərbaycan OPEK-in toplantısına dəvət edildi

opec

Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin oktyabrın 28-31-də Vyanada keçiriləcək toplantısına dəvət edilib.

Energetika Nazirliyindən  bildirilib ki, Azərbaycanın energetika naziri Natiq Əliyev yığıncağa dəvət olunub.

Vyana toplantısında neft hasilatının azaldılması və ya məhdudlaşdırılmasının əsas müzakirə mövzusu olacağı planlaşdırılır.

Xatırladaq ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib.

Qeyd edək ki, sentyabrın 28-də OPEC-in Əlcəzairdəki qeyri-rəsmi görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barrel aralığında məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi.