XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 16:54

SOCAR hansı ölkələrə neft satıb? –SİYAHI

neft-111

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ümumilikdə 15,1 mln. ton Azərbaycan mənşəli xam neft ixrac edilib.

SOCAR-dan verilən məlumata görə, ixrac əməliyyatları Avropa və Aralıq dənizi regionu, habelə Asiya və Şimali Amerika istiqamətində olub.

Qeyd edilir ki, ixrac edilən xam neftin əsas hissəsi İtaliyaya (24%), Tayvana (13%), Fransaya (9%), Almaniyaya (8%), İsrailə (7%) və Hindistana (6%) təchiz edilib.

“Digər həcmlərin ixrac istiqamətləri sırasında Portuqaliya, Çexiya, Tunis, İndoneziya, Xorvatiya, İspaniya, Tayland, Çin, ABŞ, Avstriya kimi ölkələri qeyd etmək olar", – deyə, Şirkətdən bildirilib. 

Report