XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 10:53

OPEC-in Vyana toplantısı:Azərbaycan da dəvət olunub

Oktyabrın 28-31-də Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin toplantısına Azərbaycan da daxil olmaqla kartelin tərkibində olmayan 12 neft hasilatçısı ölkə dəvət edilib.

Azərtac xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib. Nazir bildirib ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Oman, Misir, Bəhreyn, Kolumbiya, Meksika, Trinidad və Tobaqo, Boliviya, Norveç və Kanada toplantıya dəvət olunub. Hələ ki, Rusiya və Qazaxıstanın dəvətə müsbət cavab verib, Norveç isə yığıncaqda iştirakdan imtina edib.

Euloqio del Pino deyib ki, oktyabrın 28-də OPEC-ə üzv ölkələrin nümayəndələrinin görüşü baş tutacaq. Ayın 29-da isə digər neft istehsalçısı ölkələrin nümayəndələri müzakirələrə qoşulacaq.

Xatırladaq ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib.