XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 11:44

ABŞ-ın neft-kimya nəhəngiİrana investisiya yatırmaq istəyir

ABŞ-ın neft-kimya nəhəngi “UOP” İrana investisiya yatırmaq istəyir.

Azərtac “Mehrnews”a istinadla xəbər verir ki, Neft Kimya Şirkətləri Dərnəyi (APIC) İranın neft-kimya sektorunun nümayəndələri ilə ABŞ və Avropanın üç böyük neft-kimya şirkəti arasında müzakirələrin başladığını açıqlayıb. Müzakirələr əsasən yeni polimer zavodlarının inşası, informasiya texnologiyaları mübadiləsi və yeni neft-kimya müəssisələri üçün lisenziyanın verilməsi məsələlərini əhatə edir.

İranın neft-kimya sənayesinin səlahiyyətliləri ilə Fransanın “Total” və “Air liquide” şirkətləri, eləcə də ABŞ-ın “UOP” şirkəti arasında danışıqlar aparılır. “UOP”la müzakirələrdə əsas məsələ neft-kimya sənayesi üzrə, xüsusilə də metanol, propan, propilen məhsulları istehsalı sahəsində müasir texnologiyanın tətbiqidir.