XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 13:30

Analitiklər:“Brent”in qiyməti 50 dollardan aşağı düşə bilər"

neft

“Brent” markalı xam neftin bir barrelinin qiyməti ABŞ-da neft ehtiyatlarının artmasının təsiri ilə 50 dollar səviyyəsinə qədər geriləyib.

Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 4,8 milyon barrel artaraq bazar proqnozlarını ötüb. Daha əvvəlki həftə isə neft ehtiyatları 3,8 milyon barrel azalmışdı.

Açıqlanan məlumatlar “Brent” neftinin bir barrelinin qiymətinin 51 dollardan aşağı düşməsinə səbəb olub. Bu gün isə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) neft ehtiyatları üzrə rəsmi həftəlik hesabatı açıqlanacaq.

Analitiklər “Brent”in qiymətinin 49,6 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 50,05 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 49,21 dollara alıcı axtarır(azərtac).