“Hyundai” avtomobil şirkətinin mənfəəti ən aşağı səviyyəyə enib.
Azərtac “www.dailymail.co.uk” saytına istinadla xəbər verir ki, cari ilin iyul-sentyabr ayıları ərzində “Hyundai Motor Co.” şirkətinin xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz azalaraq 988 milyon dollar təşkil edib.
Mənfəətin azalmasına səbəb kimi şirkətin istehsal etdiyi avtomobillərə tələbatın azalması göstərilir.