XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2016 - 14:03

Rusiyada təqaüdçülərə inflyasiyaya görə əlavə5000 rubl veriləcək

putin-medved

Rusiyanın 2017-ci il üçün dövlət büdcəsində neftin qiyməti 40 dollar götürülüb.

Strateq.az bildirir ki, bu barədə baş nazir Dimitri Medvedyev prezident Vladmir Putinlə görüşü zamanı bildirib.

Baş nazirin sözlərinə görə, neftin qiyməti bu məbləğdən çox olsa da, hökümət bilərəkdən bu qiymətə üstünlük verib: “Bu bütün sosial öhdəlikləri yerinə yetirməyə imkan verəcək”.  

Medvedyevin sözlərinə görə, Rusiyanın gələn il üçün üçün olan büdcəsi kəsirlə müşayət olunur. Büdcənin gəlir hissəsi 13,5 trilyon rubl, xərclər hissəsi isə 16 trilyon rubldur: “Büdcə bütün sosial xərcləri ödəmək gücündədir” –deyən baş nazir vurğulayıb ki, 2016-cı ildə olan inflyasiyanın səviyyəsinə uyğun olaraq gələn ilin əvvəlindən bütün təqaüdçülərə birdəfəlik 5000 rubl ödəniləcək.