XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 18:53

Dövlət Neft Fondunun investisiya portfeli:47,6 faizi dollar, 35,3 faizi avro

Bu il oktyabrın 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi aktivləri 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub. Bu vəsaitin 33 milyard 949,6 milyon (94,8 faiz) ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 1 milyard 872,5 milyon (5,2 faiz) ABŞ dollarına bərabərdir.

ARDNF-in investisiya portfelində 16 milyard 155,1 milyon (47,6 faiz) ABŞ dolları (+ MSCI indeksi üzrə), 10 milyard 694,4 milyon (35,3 faiz) avro, 1 milyard 269,2 milyon (4,9 faiz) funt-sterlinq, 284,4 milyon (0,6 faiz) Avstraliya dolları, 1 milyard 215,2 milyon (1,2 faiz) Türkiyə lirəsi, 33 milyard 154,9 milyon (1,5 faiz) Rusiya rublu, 491 milyard 975 milyon (1,3 faiz) Koreya vonu, 3 milyard 183,8 milyon (1,4 faiz) Çin yuanı, 36 milyard 360,9 milyon (1,1 faiz) Yaponiya yeni, 440,2 milyon (1,3 faiz) digər valyutalar, 1 milyard 278,7 milyon (3,8 faiz) qızıl (970,146 troya unsiya, 30,17 ton) təşkil edir.

Qeyd edək ki, bu il oktyabrın 1-ə Neft Fondunun aktivləri 2016-cı ilin əvvəlinə nisbətən 6,7 faiz artıb.