Rublun iflası şirkətin ən böyük idxal bazarına ciddi zərbə vurub
Güney Koreyanın iri avromobil istehsalçısı SsangYong öz avtomobillərini Rusiyaya göndərməyi dayandırıb.
Strateq.az Reuters-ə isnadən bildirir ki, bu qərar rublun tənəzzülü ilə bağlıdır. Rublun iflası şirkətin ən böyük idxal bazarına ciddi zərbə vurub. Artıq yanvardan başlayaraq şirkət Rusiyaya avtomobil göndərmirdi.
Şirkətdən bildiriblər ki, rus rublunun kursu möhkəmlənməyincə Rusiya bazarına qayıtmağı planlaşdırmırlar.
Qeyd edək ki, şirkətin Rusiyaya avtomobil ixracı 2014-cü ildə 41%-ə qədər azalmışdı. Hazırda SsangYong Avropa ölkələri və çinə daha çox məhsul çıxartmağı planlaşdırır.
ötən gün Amerikanın GM avtokonserni də satışın kəskin şəkildə aşağı düşməsi üzündən Opel və Chevrolet brendlərinin Rusiya bazarından çəkildiyini açıqlayıb.