XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 20:19

Qlobal neft sektorunun illik gəliri1,7 trln. dollara yüksəlib

Neftin qiymətinin 50 dollar/barelə yaxınlaşması "qara qızıl" sektorunun illik satış həcminin 1,7 trln. ABŞ dollarına çatmasına səbəb olub. 

"Report" xəbər verir ki, neft sektorunun gəlirləri digər metal və mineral xammallarının məcmu satışından 3 dəfə çoxdur. Neft sektorunu ən bahalı və likvid xammal sayılan qızıl bazarı ilə müqayisə etsək, fərqin 10 qat olduğu ortaya çıxır. Dəmir bazarının həcmi isə cəmi 115 mlrd. dollar təşkil edir və neft bazarından 15 dəfə azdır.

Neft hasilatçıları ildə 34 mlrd. barel neft hasil edərək təqribən 94 mln. barel olan gündəlik neft tələbini təmin edirlər. Bu, dünyanın funksiyasını davam etdirməsi üçün neftə olan minimal tələbdir. Hazırda neft, qida və dərman preparatlarından sonra ən önəmli əmtəə hesab olunur.