Britaniya iqtisadiyyatı bu ilin 3-cü rübündə “Brexit”ə baxmayaraq gözləniləndən daha çox artıb.
Milli Statistika Komitəsindən verilən məlumatda Britaniya iqtisadiyyatında bu ilin iyul-sentyabr aylarında artımın 0,5 faiz olduğu bildirilib. “Brexit”dən sonra bu artımın 0,3 faiz olacağı proqnozlaşdırılırdı.
İqtisadi artımda ən çox göstərici 0,8 faizlə xidmət sektorunun payına düşüb.
Maliyyə naziri Fillip Hammond Britaniya iqtisadiyyatının əsaslarının güclü olduğunu və statistikanın bunu bir daha təsdiqlədiyini bildirib.