XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

28 Oktyabr 2016 - 12:37

Səfir:“Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var”

shamkir_01

Almaniyanın ölkəmizdəki səfir Mixael Kindsqrab 19-cu əsrdə alman mühacirlərinin məskunlaşması ilə əlaqədar Azərbaycan bölgələri arasında əhəmiyyətli yeri olan Göygöl (almanlar Helelnondorf adlandırıblar) və Şəmkir (almanlar Annenfeld adlandırıblar) rayonlarında olub. 1941-ci ildə orada məskunlaşmış alman mühacirlər məcburi şəkildə mərkəzi Asiyaya köçürülülüb.

Səfirlikdən “Strateq.az”a verilən məlumatda bildirilir ki,  səfir M.Kindsqrab Göygöldə rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla görüşərək onunla rayonun tarixi və inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb. Səfir Göygöl rayonunda Azərbaycan torpağında ilk alman mühacirlərinin məskunlaşdığı küçələrlə tanış olub. Məlumatda bildirilir ki, rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı ev, o cümlədən keçmiş lüteran kilsəsi (hal-hazırda regional muzey) və musiqi məktəbi son onilliklərdə zövqlə bərpa edilib. Səfir M.Kindsqrab Azərbaycan dövlət qurumlarının alman mühacirlərinin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib.

Səfər çərçivəsində şərab və araq zavodunda („Xan“) səfirə yeni istehsal üsulları təqdim edilib: “Burada da alman mühacirlərinin izlərinə rast gəlinir – çox yaxşı qorunub saxlanmış şərab zirzəmisi rayonun şərabçılıqla əlaqədar qədim tarixi ənənələrini hiss etmək və bu haqda düşünmək imkanı yaradır”.

Diplomat Şəmkir rayonunda keçmiş kilsəni və şvab mühacirlər tərəfindən salınmış içəri şəhəri ziyarət edib. “AzAqro”-nun parniklərində səfirə ən yüksək beynəlxalq səviyyədə həyata keçirilən gül və tərəvəz istehsalı təqdim edilib. Burada istehsal edilən qızıl gül və xiyarın bir hissəsi ixrac edilir. Səfir Kindsqrab Azərbaycan tərəfinin iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirib və Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O bildirib ki, Moskvadan başqa MDB məkanında yeganə Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan xarici ticarət palatası biznesdə maraqlı alman və azərbaycan şirkətləri üçün əla bir ünvandır.

Strateq.az