XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 16:43

“Azercell”dən yeni təklif:"iPhone 7! Hədsiz İnternetlə, ilkin ödənişsiz!"

mobil-telefon

iPhone 7 və iPhone 7 Plus cihazlarıını Azərbaycanda rəsmi təqdim edən mobil operator "Azercell Telekom" MMC müştərilərinə yeni sərfəli təklifini elan edir.

Belə ki, güzəştli şərtlərlə iPhone 7 telefonunasahib olmaq üçünabunəçilər ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon cihazı və 30GB həcmində Hədsiz İnternet paketini əldə edəcəklər.

28 oktyabr – 4 noyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün ödəniləcək məbləğə 50%endirim qazanacaqlar.

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 28 oktyabr – 4 noyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli,4-6 noyabr tarixlərində isə Azercell-in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur.

Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batereyaya və suya/toza davamlılığı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.