XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 10:27

İstiqrazlar satışda- 22 milyon manat dəyərində

Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 22 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 220 min istiqraz çıxarılacaq.

İstiqrazların ödəmə tarixi 31 noyabr 2016-cı ildir. Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.