XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 11:27

Enerji nəhəngi “Exxon Mobil”in mənfəəti38 faiz azalıb

Bu ilin üçüncü rübündə dünyanın enerji nəhənglərindən biri olan ABŞ-ın “Exxon Mobil” korporasiyasının xalis mənfəəti 38 faiz azalıb.

Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Belə ki, “Exxon Mobil”in üçüncü rübdəki xalis gəliri 2,65 milyard dollar və ya da hər səhm üçün 63 sent təşkil edib. Keçən ilin müvafiq dövründə isə korporasiyanın xalis gəliri 4,24 milyard dollar və ya hər səhm üçün 1,01 dollar olub.

“Exxon Mobil”in emal hissəsi daxil olmaqla bütün qurumlarında gəlirlər azalıb. Hasilat 3 faiz azalaraq neft ekvivalenti ilə 3,8 milyon barrel/gün olub. Korporasiyanın neft emalı müəssisələri üçüncü rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz az neft emal edib.