XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 11:21

Son 11 ildə Azərbaycanın Gürcüstana neçə milyardinvestisiya yatırdığı açıqlandı

gurcustan

1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 milyard dollar investisiya yatırılıb. 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə bildirib.

“Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. "SOCAR Georgia" son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir”, – deyə nazir diqqətə çatdırıb.