XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 11:58

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu- NoyabrdaTürkiyədə keçiriləcək

 

Üçtərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu noyabr ayında Türkiyədə keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə deyib.

Nazir qeyd edib ki, uğurla həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə imkan verir. 2017-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir.