XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 13:24

“Exxon Mobil” Nigeriyada xamneft ehtiyatı kəşf edib

ABŞ-ın “Exxon Mobil” korporasiyası Nigeriyanın cənubundakı Bayelsa əyalətində 500 milyonla 1 milyard barrel arasında olduğu təxmin edilən xam neft ehtiyatı kəşf edib.

Azərtac xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Exxon Mobil”in prezidenti Stefen Grenle deyib: “Kəşfiyyatın uğurla başa çatması və əldə edilən nəticə bizi sevindirir. Şəriklərimiz və Nigeriya dövləti ilə işləri davam edəcəyik”.

Mərkəzi ofisi Lagosda yerləşən “SBM Intelligence” araşdırma şirkətinin məlumatına görə, ölkədəki silahlı qrupların hücumları ilə əlaqədar “Exxon Mobil”, “Dutch-British Shell” və “Chevron” kimi neft şirkətləri bu ilin ötən dövründə ümumilikdə 7,1 milyard dollar zərər ediblər.

Silahlı qrupların Niger deltasındaki hücumları nəticəsində ölkədə bu il üçün nəzərdə tutulan gündəlik neft hasilatı proqnozlardan aşağı olub. Cari ilin büdcəsində proqnozlaşdırılan gündəlik neft hasilatı 2,2 milyon barrel ikən, bu rəqəm 1 milyon barrel təşkil edib.