XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 14:43

Avropa Komissiyasının rəsmisiDünya Bankının baş icraçı direktoru olacaq

Avropa Komissiyasının büdcə və insan resursları üzrə sədr müavini xanım Kristalina Georgieva Dünya Bankının baş icraçı direktoru vəzifəsini icra edəcək.

Azərtac xəbər verir ki, K.Georgieva Dünya Bankı qrupunun baş icraçı direktoru vəzifəsini icra etməyə qərar verdiyini, buna görə də Avropa Komissiyasındakı postundan istefa verdiyini açıqlayıb. O, yeni işinə gələn il yanvarın 2-də başlayacaq.

Xanım Georgieva Avropa Komissiyasındakı postundan əvvəl Dünya Bankında rəhbər müavini vəzifəsini icra etmişdi. Onun Avropa Komissiyasındakı postuna isə Avropa komissarı Günter Ottinger gətiriləcək.