XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 16:57

Bu ilin 9 ayında qeyri-neft sektoru üzrə vergi daxilolmaları3,8 milyard manatı ötüb

vergiler

Qeyri-neft sektorunda yüksək artım ümumilikdə ölkə üzrə vergi daxilolmalarının həcminə də mühüm təsir göstərib və hesabat dövründə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 4,9 milyard manat təşkil edib. Bu, 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 366 milyon manat çoxdur.

Vergilər.az saytı xəbər verir ki, həmin sektor üzrə daxilolmalar proqnozdan 64,2 milyon manat artıq olub. Bu isə dövlət büdcəsinin əsas hissəsinin qeyri-neft vergi gəlirləri hesabına formalaşdığının göstəricisidir.

2016-cı ilin 9 ayı ərzində ölkəmizdə 500-dən artıq yeni müəssisə yaradılıb və onların böyük bir qismi məhz bölgələrin payına düşür. Bunlar əsasən qeyri-neft sektorunu əhatə edən 200-ə yaxın orta və iri müəssisələrdir ki, bu da vergi daxilolmalarında əlavə mənbələrin cəlb edilməsinə mühüm təsir göstərib.

Həmçinin, cari ildən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilib, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılıb. Bu amillər də qeyri-neft sektoru üzrə vergi gəlirlərinin həcminin artmasında rol oynayıb.