XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 19:58

Naxçıvanın xarici ticarət dövriyyəsinin həcmi açıqlandı –332 milyon 998 min ABŞ dollar

naxcivan-2

Cari ilin doqquz ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 332 milyon 998 min ABŞ dolları olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bir il öncəyə nisbətdə ixracın həcmi 1,9 faiz artaraq 302 milyon 100 min ABŞ dolları, idxalın həcmi isə 31,6 faiz azalaraq 30 milyon 898 min ABŞ dolları təşkil edib. Nəticədə 271 milyon 202 min ABŞ dolları həcmində müsbət saldo yaranıb.

Qeyd edək ki, xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi əhəmiyyətli rol oynayır.

Məhz aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikasında da daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi regionun ixrac imkanlarını artırıb. Xüsusilə yerli istehsalın həcminin ilbəil artması xarici ticarət əlaqələrinin genişlənməsinə öz töhfəsini verir.

Azertac