Oktyabrın 20-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 500 (beş yüz) manat olan 200 (iki yüz) ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2007019246 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
MBNP-dan bildirilib ki, istiqrazların tədavül müddəti 576 gün, illik gəlirlik dərəcəsi isə 17 faizdir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.