XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 16:19

Avropa Komissiyası:""Cənub Qaz Dəhlizi" çox yüksək səviyyədə həyata keçirilir"

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması prosesi çox yüksək səviyyədə gedir.

Trend-in "New Europe" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

M.Şevçoviç kəskin rəqabətə baxmayaraq, Xəzər qazının "Cənub Qaz Dəhlizi" ilə Avropaya 2020-ci ilədək çatacağına əmin olduğunu bildirib.

Vitse-prezident layihəyə iri investisiyaların qoyulduğunu vurğulayıb: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması prosesi çox yüksək, peşəkar səviyyədə gedir və artıq qaz alışı haqqında sazişlər var".