XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 11:24

Naxçıvanın şirniyyat brendi İraq bazarına çıxarılır

naxci-sirni

 

“Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Nati” əmtəə nişanı ilə istehsal etdiyi məhsulların İraq bazarına çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun dəstəyi ilə 2011-ci ildə fəaliyyətə başlayan “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Belə ki, Türkiyənin “Pek makina”, “Forma makina LTD”, “Ar-Can”, “Alper” və “Makrev” firmalarının istehsalı olan avadanlıqlar saatda 300 kiloqram vafli istehsalı gücünə malikdir. Müəssisədə vanilli, çiyələkli, bananlı, kakaolu, südlü tərkibdə “Tıq-tıq xanım”, “Şokolay” adları ilə 25 çeşiddə vafli bişirilir. Burada 2013-cü ildə qurabiyə və peçenye istehsalı sahəsi də yaradılıb. Bu istehsal sahəsində də saatda 300 kiloqram məhsul istehsal etmək olur. MMC-də “Naxçıvan”, “Məktəbli”, “Çay vaxtı”, “Möminə xatın”, “Yubiley” və digər adlarda 16 çeşiddə istehsal edilən peçenye və biskvit 35 qramdan 5 kiloqramadək nəfis tərtibatla bəzədilmiş taralarda qablaşdırılır.

Hazırda “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Gürcüstana ixrac olunur.

Müəssisə yaradılanda burada 20 nəfər çalışırdısa, bu gün istehsal sahəsində 50 nəfər işləyir.