XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2016 - 15:35

Deputat Vahid Əhmədov:“Neftin qiymətini siyasi məsələlər tənzimləyir”

C

Bu ay Milli Məclisdə büdcə müzakirələri başlayacaq. Maliyyə Nazirliyinin açıqlamalarına görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 40 dollardan götürüləcək.

Yarana biləcək risklərdən qorunmaq məqsədi ilə qiymətlər 3 ssenari üzrə – pessimist qiymətin 1 bareli- 35 ABŞ dollarından, baza qiyməti – 40 ABŞ dollarından, optimist – 45 ABŞ dollarından hesablanacaq.

 “Qara qızıl”ın qiymətinin kəskin ucuzlaşması fonunda iqtisadiyyatı neftdən asılı ölkəmiz növbəti büdcə müzakirlərinə şahidlik edəcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, neftin qiymətinin oynaması siyasi məsələlərdən asılıdır:

 “Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan hesablanıb. Bu tamamilə realdır. 2017-ci ildə neftin qiymətinin 45-50 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Ona görə də büdcənin gəlir və xərclərində bu nəzərə alınmalıdır. Düzdür gəlir və xərclərdə müəyyən azalmalar var. Bu da əsasən neftin qiyməti ilə əlaqədardır. Neftin qiymətinin aşağı düşməsi dollarla birbaşa əlaqəlidir.  Mən həmişə demişəm ki, neftin qiymətini siyasi məsələlər tənzimləyir. Ayrı-ayrı qüvvələr qiymətə təzyiq edərək aşağı salırlar. Ona görə də, neftin qiyməti hələ uzun müddət belə davam edəcək”.

 Deputat büdcənin qəbulu zamanı neftin təklif edilən həddən aşağı götürülməsinə ehtiyac görməyib: “Ötən il büdcədə neftin qiymətinin aşağı götürdük. Amma qiymətlər o həddən yuxarı oldu. Ona görə də ehtiyac yoxdur”.