XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 17:29

Neft Fondu şəffaflıq üzrə beynəlxalq hesabatda ilk “beşliyə” düşüb

neft fondu

Neft Fondu şəffaflıq üzrə beynəlxalq hesabatda ilk beşliyə düşüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşıb.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, aparılan qiymətləndirmə nəticəsində cədvəldə ilk beşlikdə Norveç Pensiya Fondu (1-ci yer), Yeni Zelandiya Pensiya Fondu (2-ci yer), Amerika Birləşmiş Ştatlarının Vayominq Mineral Trast Fondu (3-cü yer), Azərbaycan Respublikası Dövlət Neft Fondu (4-cü yer) və Kanadanın Alberta Mirası Trast Fondu (5-ci yer) yer alıb.