Azərbaycan Mərkəzi Bankı (AMB) hərrac yolu ilə cəlb etdiyi depozitlərin müddətini 28 gündən 14 günə endirib.
Strateq.az Reporta-a istinadən xəbər verir ki, not emissiyası depozit hərracına fasilə verilməsi anlamına gəlmir: "Bu il pul təklifinin artımını tənzimləmək məqsədilə likvidliyin sterilizasiyası əməliyyatları aktivləşdirilib.
Belə ki, iyun ayından etibarən milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarına başlanılıb. Eyni zamanda sterlizasiya imkanlarının genişləndirilməsi üçün depozit əməliyyatları ilə yanaşı, 28 gün müddətinə notların emissiyasının da həyata keçirilməsinə dair qərar qəbul olunub".
Report bildirir ki, noyabrın 7-i üçün Mərkəzi Bank hərraca 50 milyon dollar çıxarıb.