XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2016 - 19:37

“İndiki iqtisadi durumda işçiləri ixtisar etməyi doğru saymıram” –“Azercell”in prezidenti

vahid-azercell

"2015-ci illə müqayisədə bu il “Azercell” şirkətinin gəlirləri azalıb".

Bu barədə “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə təsir edib: “Azercell”in bütün müasir avadanlıqları xaricdən idxal etdiyini nəzərə alsaq, bu amillər bizə daha çox təsir edib. Biz çalışırıq ki, müştərilərimiz bunu hiss etməsin. Xidmətlərimizi yüksək səviyyədə saxlamağa çalışırıq. Tarifləri artırmamağa çalışacağıq. Əgər hər hansı bir artım olarsa, çalışacağıq tam əsaslandırılmış, bazara və bizim müştərilərimizin bugünkü durumuna uyğun olsun. Biz müştərilərimizi düşünərək fantastik qiymət artımı planlaşdırmırıq”.

V.Mürsəliyev əlavə edib ki, şirkət işçilərini ixtisar etməyəcək: “Çünki, mən indiki iqtisadi durumda işçiləri ixtisar etməyi doğru saymıram. Biz xərclərimizə ciddi nəzarət etsək, heç buna ehtiyac da qalmayacaq. Ümumiyyətlə, biznesin əsas şərti xərclərə doğru nəzarət etməkdir. İstənilən şirkət xərclərinə düzgün nəzarət edərsə, işçi ixtisarına da gərək olmaz”.

APA