XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 15:49

Avropanın 3 bankı Sumqayıtdakı zavoda 249 mln. avrokredit ayıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtdakı Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Cənubi Koreyanın “Eximbank”ı (KEXİM) və Avropanın 3 nüfuzlu bankı ilə danışıqların ilin sonuna kimi yekunlaşması gözlənilir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, bunlar “Deutsche Bank”(Almaniya), “Societe Generale” (Fransa) və “UniCredit” (İtaliya-Almaniya) banklarıdır: “Layihə ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Bu məqsədələ büdcədən 205 mln. manat vəsait alınıb. 2015-ci ildə isə beynəlxalq kreditlərin cəlb olunmasınair qərar qəbul olunub”.

X.Cəfərov qeyd edib ki, indiyə qədər xarici banklardan 201 mln. avro kredit cəlb edilib: “Daha 300 mln. avro cəlb olunması üçün danışıqlar aparılır. Yəni, cəlb edilən vəsaitlə birgə ümumilikdə 500 mln. avro kredit nəzərdə tutulub. Ümumi kredit vəsaitinin 51%-i (251 mln. avro) KEXİM-dən, qalan 249 mln. avro isə Avropa banklarından cəlb ediləcək. Bu banklar KEXİM-in zəmanəti ilə kredit ayıracaq”.

Karbamid Zavodunun inşası layihəsi 700-750 mln.avro məbləğində qiymətləndirilir. Bu zavod Prezient İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) çərçivəsində tikilir. Onun üçün SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 

2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. 

Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.