XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 15:57

SOCAR Polymer layihəsi üzrə cari xərclərin açıqladı:340 milyon dollar

Azərbaycanda yüksək sıxlıqlı polipropilen və polietilen zavodunun tikintisini nəzərdə tutan SOCAR Polymer layihəsi üzrə xərclər 340 milyon dollar təşkil edir.

Trend-in məlumatına görə, bu sözləri layihənin rəhbəri Fərid Cəfərov deyib.

O qeyd edib ki, zavodun tikintisi qrafikə uyğun olaraq davam edir.

SOCAR Polymer layihəsinin ümumi həcmi 750 milyon dollar təşkil edir. Zavodun 2018-ci ilin birinci rübündə hazır olacağı planlaşdırılır.