XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 17:05

Beynəlxalq Valyuta Fondundan Azərbaycaniqtisadiyyatı ilə bağlı proqnoz

Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı) 2,4% azalacağını proqnozlaşdırır.

APA xəbər verir ki, bu barədə IMF-in oktyabr ayı üzrə icmalında deyilir.

Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.

Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq. "Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər".

BVF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir.