XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 10:25

Ekspert:"Meyvə satışından istehsalçı yox, bazardakı vasitəçilər qazanır”

meyve

“Hökumətin əsas vəzifələrindən biri meyvə istehsal edən kəndilərin istehsalçı birliklərinin, ixracla məşğul olan təsisatlarının yaradılmasıdır”.

Ekspert Rövşən Ağayev hesab edir ki, bu gün meyvə ixracından yalnız vasitəçilər qazanır, istehsalçıya az pay düşür.

Azərbaycanda xurma və korolyok yığımı və ixracı başlayıb. Bu meyvənin tonu 200 manata alınır. fəhlə pulunu da çıxanda fermerə ən yaxşı halda hər tonda 150-160 manat (100 USD) qalır : “Ötən il Azərbaycandan Rusiyaya 89 min ton təzə xurma ixrac edilib. Hər tonun ixrac qiyməti 880 dollar olub. Belə çıxır ki, ixrac qiymətinin ən yaxşı halda 12-13%-i istehsalçıya çatır”

 Bu gün meyvə satışından gəlir minimal ehtiyaclara çatır. Milyonlarla manat isə vasitəçi və ixracatçıların cibinə gedir.