XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 16:29

Ölkədə yığılan pambığın miqdarı açıqlandı-50 min ton!

pambiq

Noyabrın 7-dək ölkə ərazisində 50 min 416 ton pambıq tədarük olunub.

Bu haqda Dövlət Statistika Komitəsinin operativ bilgilərində qeyd edilir. Komitənin rəqəmlərinə görə, əvvəlki illə müqayisədə pambıq tədarükü 1,7 dəfə artıb. 2015-ci ilin 10 noyabr tarixinədək 29 min 955 ton pambıq yığılmışdı.

Pambıq yığımında Saatlı rayonu liderdir. Bu rayon noyabrın 7-dək 7 460 ton pambıq tədarük edə bilib. İkinci yerdə Sabirabad (5 247 ton), üçüncü pillədə isə Biləsuvar rayonu (4 818 ton) gəlir. (Azadlıq Radiosu)

Yağışa rəgmən 1 həftəyə 6 min ton toplanıb?

Statistika Komitəsinin bilgilərindən belə anlaşılır ki, yağmurlu keçən son bir həftədə 6 min tondan artıq pambıq yığılıb.

Komitənin oktyabrın 31-dək olan statistik bilgilərində 44 min 83 ton pambıq yığıldığı bildirilirdi.

Pambıq tədarükü Azərbaycanda 2016-cı ilin əsas müzakirə mövzularından birinə çevrilib. Hökumət neft gəlirlərinin azalması fonunda pambıqçılığın inkişaf etdirilməsinin ölkəyə zəruri vəsait gətirə biləcəyini güman edir.

Yığılan bir kq pambığa görə, 10 qəpik verilir.