Qurum hasilatı sabit saxlamaq qərarı qəbul edib
Strateq.az Yahoo news-a əsasən xəbər verir ki, Küveytin neft naziri Əli əl-öməri bildirib: “Neftin qiymətinin düşməsinə baxmayaraq, OPEK üzvlərinin neft hasilatında hazırki istehsal səviyyəsini qoruyub saxlamaqdan başqa çarəsi yoxdur. çünki OPEK daxilində bazar payımızı itirmək istəmirik”.
Lakin nazir iyun ayından bəri qiymətlərin 60% azalmasından sonra qiymətləri stabilləşdirmək üçün OPEK-ə daxil olmayan bir sıra xam istehsalçılarla razılaşmaları alqışlayıb.
Rusiya ilə neft və investisiya əməkdaşlığı müqaviləsi imzalanandan sonra öməri deyib: “OPEK xaricindəki ölkələrlə hər hansı bir razılaşma varsa, biz çox sevinərik”.
Neft ixrac edən ölkələr təşkilatının 12 üzvü hasilatı sabit saxlamaq barədə qərar qəbul edib. öməri həmçinin qiymətləri təyin etməkçün OPEK-in fövqaladə iclasının planda olmadığını deyib: “Biz fövqaladə iclas keçirmək üçün hər hansı OPEK üzvündən ciddi çağırış almamışıq. Belə ki bizim növbəti iclasımız iyun ayında çağrılacaq”.
Küveytli nazir bildirib ki, zəif qlobal iqtisadi inkişaf, geosiyasi faktorlar və güclü dollar neftin qiymətində qeyri-stabillik yaradan əsas amillər sırasındadır.
Elay