XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 12:42

OPEC:"2017-ci ildə dünya üzrə neftə olan tələbat artacaq"

opek

OPEC 2017-ci il və cari onillikdə dünya üzrə neftə olan tələbat proqnozunu artırıb.

OPEC-in “Dünya üzrə neft proqnozu”nda neftin ucuzlaşmasının iqtisadi inkişafın ləngiməsi şərtləri çərçivəsində istehlakı stimullaşdırdığı qeyd olunub. 

Proqnozda 2017-ci ildə neftə olan tələbatın sutkalıq 95,3 mln. barelə qədər artacağı qeyd olunub. Bu rəqəm isə ötən ilin dekabrında dərc olunan hesabatdakı göstəricidən sutkalıq 300 min barel çoxdur. 

OPEC mütəxəssisləri hesab edir ki, 2020-ci ildə neft istehlakı sutkalıq 98,3 mln. barelə qədər artacaq ki, bu da daha öncəki proqnozdan sutkalıq 900 min barel çoxdur. 

Bununla belə, OPEC ixrac etdiyi neftə olan tələbatın 2019-cu ildə sutkalıq 33,7 mln. barelə qədər artacağını proqnozlaşdırır. Bu isə 2016-cı ilin göstəricisindən sutkalıq 1 mln. barel çoxdur. 

APA