XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2016 - 23:58

Azərbaycanda yeni bazarlar yaradılacaq –Rəsmi

bazar

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC Azərbaycanda topdansatış və pərakəndə satış bazarları açmağı planlaşdırır.

Bu barədə şirkətin nümayəndəsi Xaliq Məmmədov məlumat verib.

X.Məmmədov deyib: “Əsasnaməmiz bizə topdan və pərakəndə satış bazarlarını yaratmağa icazə verir. Biz bu imkandan istifadə edərək iri şəhərlərdə bazarlar açmaq və əhaliyə daha ucuz qiymətə məhsul təqdim etməyi planlaşdırırıq. Bu, əsasən mövsümi və tez xarab olan məhsullara aiddir”.

X.Məmmədov bu cür bazarların təşkil olunmasında Kənd Təsərrüfatı Nazirliyinin təcrübəsindən yararlanacaqlarını qeyd edib.

Trend