XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2016 - 09:52

Dolların bu günə olan məzənnəsi açıqlandı –Mərkəzi Bank

dollar-biznes

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 8-i ilə müqayisədə 0,57% möhkəmlənərək 1,6782 manata çatıb.

 Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,48% zəifləyərək 1,8336 manat olub.

 Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0264 manat səviyyəsinə çatıb.

 Türkiyə lirəsinin məzənnəsi isə 0,82% zəifləyərək 0,5215 manat təşkil edib.

 Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdır. Beləliklə, funt sterlinq 0,78%-lik artım nümayiş etdirib.

 Gürcüstan larisinin məzənnəsi 0,25% azalaraq 0,6822 manat olub.