XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 12:58

Ölkədə növbəti devalvasiya olacaq, yoxsa yox? –Tanınmış iqtisadçıların proqnozları

devalvasiya

Ekspertlərin proqnozlaşdırdığı kimi, ilin sonu üçün manata təzyiqlər artacaq və o, ucuzlaşacaq.

Turan-ın məlumatına görə, dolların bahalanması 19 oktyabrda 1USD/1,5969AZN-dan başlayıb və 8 noyabrda 1 dollar 1,6686 manat olub. 

İlin sonunun yaxınlaşması ilə ARDNF-nin dövlət büdcəsinə transfert öhdəlikləri də başa çatır.

Ekspertlərin fikrincə, valyutaya aylıq tələbat 1-1,5 mlrd dollardır. Sentyabrda dollara tələbat $1 mlrd 321 mln 57 min təşkil edib. Ona görə ilin sonunadək tələbatı ödəmək üçün daha 2-2,5 mlrd dollar lazımdır. AMB-nin valyuta ehtiyacları oktyabrda 127 mln dollar azalaraq, $4 mlrd 5 mln 500 min olub. ARDNF isə oktyabrda hərraclarda $371 mln satıb.

Beləliklə, hökumətin iki yolu qalır – kəskin devalvasiya və ya hərrac üçün əlavə valyuta mənbəyi.

Ekspertlər hesab edir ki, fors-major vəziyyəti olmasa, hökumət kəskin devalvasiyaya getməyəcək.

Məsələn, Natiq Cəfərlinin fikrincə, kəskin devalvasiya bank sektorunu dağıda bilər: “Mərkəzi Bank yalnız manatın ucuzlaşmasını sürətləndirə bilər. ABŞ Federal Ehtiyat Sisteminin qərarı və Azərbaycanın tərəfdaşı olan ölkələrdə dolların məzənnəsindən çox şey asılı olacaq”,- deyə o bildirib. N. Cəfərli hesab edir ki, ilin sonunda dollar 1,80-1,85 manat olacaq.

Samir Əliyev qeyd edib ki, ARDNF-nin ehtiyatında ehtiyat valyuta var və onları hərraca çıxara bilər:

“Hər şey neftin qiymətindən asılı olacaq. Amma hökumət valyutaya tələbatı azaltmaq üçün bir sıra addımlar atıb. 2018-ci ilin yanvarına kimi idxala məhdudiyyət bunların sırasındadır”,-  deyə o bildirib. 

S.Əliyev hesab edir ki, kəskin devalvasiya olmasa da, manatın ucuzlaşması güclənəcək.  Onun fikrincə, bu mənfi tempin səbəbi ARDNF-də daha çox valyuta saxlamaq arzusudur. Ekspert hesab edir ki, böhran vəziyyətində AMB öz ehtiyatlarından istifadə edə bilər.

 

Qubad İbadoğlu da hesab edir ki, hökumət kəskin devalvasiyaya getməyəcək, ARDNF və AMB-nin vəsaitlərini xərcləyəcək: “İstisna olunmur ki, dekabrda dollara tələbat noyabrdakından iki dəfə çox olacaq”,- deyə o bildirib.    

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, ARDNF 2016-cı ilin proqnozunu tam yerinə yetirsəydi, manatın ucuzlaşması və ona təzyiq olmayacaqdı. 

O, qeyd edib ki, 9 ayda ARDNF proqnoza 35,1% əməl edib. 2016-cı ildə Fondun xərclər proqnozu 10 mlrd 668,934 mln manatdır. Bu il dövlət büdcəsinə transfertlər 7 mlrd 615 mln manat planlaşdırılıb, bunun yalnız 3 mlrd 260 mln manatı köçürülüb: “ARDNF daha 2 mlrd dollar köçürməlidir. Amma Fondun öhdəliklərini yerinə yetirmə tempi göstərir ki, ilin sonu üçün proqnoza əməl edilməyəcək. Əgər Fond 2 mlrd dolları köçürsəydi, dollar qıtlığı olmazdı”,- deyə o bildirib.

O deyib ki, iqtisadiyyat neft dolları olmadığı üçün geriləyir, hökumət isə bu cür hərəkətlərlə manevr imkanını azaldır.

«Əgər proqnoz 100% icra edilsə və xərclərdən rasional istifadə edilsəydi, iqtisadi artım olardı. Iqtisadi artım isə manata “üzməyə” kömək edir», deyə İ.Şaban bildirib.