Tərəflər TRASEKA proqramı çərçivəsində sonrakı əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər
Daşkənddə üçtərəfli görüşdə özbəkistan, Azərbaycan və Gürcüstanda bu ölkələrin dəmiryolu nümayəndəliklərinin açılması barədə protokol imzalanıb.
Strateq.az özbəkistan mətbuatına isnadən bildirir ki, bu nümyəndəliklər daşınmalar zamanı yaranan problemlərin operativ şəkildə tənzimlənməsi üçün təşkil olunur. Dəmiryol idarələrinin başçıları bu ölkələrin ərazisindən daşınan tranzit yükün həcminin artırılması, TRASEKA proqramı çərçivəsində sonrakı əməkdaşlığın genişləndirilməsi, Bakı-Tiflis-Qars layihəsi və digər beynəlxalq nəqliyyat dəhlizlərini müzakirə ediblər.
Onlar qeyd ediblər ki, elektrikləşdirilmiş “Anqren-Pap” dəmiryolunu dəstəkləyirlər. Bu yol çin-Qırğızıstan-özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq və Azərbaycanla Gürcüstan ərazisindən keçib yüklərin Qara dəniz limanlarına çıxmasına imkan verəcək.