XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 14:38

Abşeronda dairəvi dəmir yolu bərpa olunur-Bakı-Pirşağı-Sumqayıt

demiryol

Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun (uzunluğu 29,2 km.) əsaslı yenidən qurulmasına başlanılıb.

Bu barədə Azərbaycan Dəmir Yolları İdarəsi məlumat verib. İşləri  “Dəmiryolservis” həyata keçirir.

İnşaatçılar “Nərimanov-Böyük Şor sahəsində 2,2 km. yolun təmirinə başlayıblar. Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkətin bərpası 8-ci km, Sabunçu, Zabrat-Pirşağı, Kürdəxanı, Goradil qəsəbə sakinlərinin nəqliyyatın bu növündən istifadəsinə imkan verəcək.

Yolun bərpası Bakı və Sumqayıt arasında dairəvi yolla elektrik qatarlarının hərəkətini təmin edəcək. Belə ki, elektrik qatarları Bakı-Pirşağı-Sumqayıt-Xırdalan-Bakı və Bakı-Xırdalan-Sumqayıt-Pirşağı-Bakı marşrutları üzrə hərəkət edəcək. Şəhərətrafı qəsəbələrdən, bağ massivlərindən Sumqayıt və Bakıya gedən sərnişinlər üçün yol xeyli qısa olacaq.