XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 14:50

Bakıda dollar satan “qara bazar” fəallaşıb –ABŞ valyutası 1,74 manatdan təklif edilir

dollar

Dolların bahalaşması və bəzi bankların satışı limit tətbiqi nəticəsində valyuta «qara bazarı» aktivləşib.

Turan müxbirinin müşahidəsinə görə, Dəmiryolu Vağzalı yaxınlığında qeyri-leqal şəkildə valyuta satılır.

«Qara bazar»da dollar 1,74 manata təklif edilir. Müştəri 1000 dollardan çox alarsa, qiymət 1,73 manata endirilir.

Qeyd edək ki, KİV-in yazdığına görə, 10-dək bank dollar satışını dayandırıb, 11 bank isə limit qoyub – bir nəfərə 300-1000 dollar və ya avro satılır.

Noyabrın 10-da dolların rəsmi məzənnəsi 1,6782 manat olub. Bugünkü hərracda məzənnə 1,6867 manata artıb. Demək, noyabrın 11-də rəsmi məzənnə artacaq.