Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" ASC 5 ildir ki, maliyyə hesabatlarını ictimaiyyətə açıqlamamasına aydınlıq gətirib.
Bu barədə Bankın İdarə Heyətinin sədri Azər Məmmədov bildirib.
"Hazırda yeni saytımız hazırlanır, yəqin ki, gələn həftə istifadəyə veriləcək. Bütün maliyyə hesabatlarını orada yerləşdirəcəyik", – deyə A.Məmmədov qeyd edib (Report).
Xatırladaq ki, "Naxçıvanbank" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,94 mln. manatdır. Bankın səhmləri 4 fiziki şəxsə məxsusdur.